Azərbaycanda bu şəxslərin əməkhaqqı 720 manat olub-RƏSMİ

Azərbaycanda bu şəxslərin əməkhaqqı 720 manat olub-RƏSMİ

BİZNES
597

2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 720,0 manat olub

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu göstərici  əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,0 faiz artıb.

Məlumata görə,iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, 2020-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı  1695,1 min nəfər olub 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bu şəxslərin əməkhaqqı 720 manat olub-RƏSMİ — Fins.az — Fins.az