Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi kəskin artıb

Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi kəskin artıb

BİZNES
618

Bu ilin yanvar-iyun aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin artıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 2 586,0 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 26 dəfə çoxdur.

"İstifadəyə verilmiş yaşayış evlərinin sahəsinə dair məlumatlarda müşahidə olunan kəskin artım "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına əsasən, əvvəlki illərdə tikilmiş və müəyyən səbəblərə görə istismarına icazə verilməmiş bəzi çoxmənzilli binaların cari ilin hesabat dövründə istismarına icazə verilməsi ilə bağlı olub", - Komitədən bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi kəskin artıb — Fins.az — Fins.az