
Azərbaycanda BTC ilə nəql edilən neftin həcmi açıqlanıb
Bu ilin yanvar–aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə tranzit neftin nəqli 8 milyon 389,5 min ton təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəqəmlərə əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 925,2 min ton və ya 9,9 faiz azdır. Ötən ilin müvafiq dövründə BTC ilə 9 milyon 314,7 min ton neft nəql olunmuşdu.
Hesabat dövründə ümumi neft nəqlinin 77,0 faizi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə həyata keçirilib.
Məlumata görə, yanvar–aprel aylarında BTC ilə nəql edilən neftin 82,4 faizi, yəni 6 milyon 914,3 min ton Azərbaycan nefti olub. Qalan 17,6 faiz (1 milyon 475,2 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan tranzit neftin payına düşüb.