
Azərbaycanda bərpa olunan enerji istehsalında artım qeydə alınıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 499,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 478,1 milyon kVt-saat və ya 22,9 dəfə artıb.
Hesabat dövründə Azərbaycanda günəş elektrik stansiyalarında isə 256,4 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
Bu göstərici ötən ilin ilk altı ayı ilə müqayisədə 2,1 milyon kVt-saat və ya 0,8% azdır.
2026-cı ilin ilk yarısında ölkədə istilik elektrik stansiyalarında (İES) 9,414 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.
İES-lərdə elektrik istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 969,7 milyon kVt-saat və ya 9,3% azalıb.
Eyni zamanda, hesabat dövründə su elektrik stansiyalarında (SES) 1,874 milyard kVt-saat elektrik enerjisi istehsal olunub.
Bu göstərici illik müqayisədə 31 milyon kVt-saat və ya 1,7% artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-cı ilin yanvar-iyun aylarında 1 milyard 803,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Həmin dövrdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 318 milyon manat təşkil edib.