
Azərbaycanda avtomobil benzini istehsalı artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 480,7 min ton avtomobil benzini istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,3 min ton və ya 13,3 faiz artım deməkdir.
Rəsmi məlumata əsasən, cari ilin mayın 1-nə ölkədə hazır avtomobil benzini ehtiyatı 44 min ton təşkil edib.
Eyni zamanda, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 1 milyard 607,0 milyon manat olub və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalma göstərib.