Azərbaycanda avtomobil benzini və dizel yanacağı alıcı xərclərinin 5,8%-ni təşkil edib

Azərbaycanda avtomobil benzini və dizel yanacağı alıcı xərclərinin 5,8%-ni təşkil edib

BİZNES
183

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 585,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çox olub.

Dövlət Statistika Komitəsinin məıumatına görə, hesabat dövründə alıcıların son istehlak məqsədilə pərakəndə şəbəkədə xərclədiyi vəsaitin 5,8%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində ümumilikdə 10,1 milyard manatlıq məhsul satılıb. Bu satışların 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,5% yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda avtomobil benzini və dizel yanacağı alıcı xərclərinin 5,8%-ni təşkil edib — Fins.az — Fins.az