Azərbaycanda avia yükdaşımaları 17,6 dəfə artıb

Azərbaycanda avia yükdaşımaları 17,6 dəfə artıb

BİZNES
214

Fins.az - Dövlət Gömrük Komitəsinə istinadən bildirilir ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 407,350 milyon ABŞ dolları dəyərində 39,5 min ton yük daşınıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,306 milyard ABŞ dolları və ya 4,2 dəfə az, həcm ifadəsində isə 37,3 min ton və ya 17,6 dəfə çoxdur.

Bildirilib ki, hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 116,1 milyon ABŞ dolları dəyərində təqribən 37,5 min ton yük ixrac olunub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 61,2 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm ifadəsində isə 37,3 min ton və ya 284 dəfə artım deməkdir.

Eyni zamanda qeyd olunur ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana hava nəqliyyatı ilə 291,2 milyon ABŞ dolları dəyərində 2,018 min ton yük idxal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,367 milyard ABŞ dolları və ya 5,7 dəfə, həcm ifadəsində isə 97 ton və ya 4,6% azdır.

Qeyd edilir ki, ümumilikdə 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yük nəqliyyatı vasitələri ilə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azalma deməkdir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma ilə müşayiət olunub.

Eyni zamanda, bu ilin ilk iki ayında Azərbaycana 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından isə 417,6 min ton və ya 21,7% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda avia yükdaşımaları 17,6 dəfə artıb — Fins.az — Fins.az