Azərbaycanda alüminium ixracı həm həcm, həm də dəyər baxımından artıb

Azərbaycanda alüminium ixracı həm həcm, həm də dəyər baxımından artıb

BİZNES
377

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan alüminium və ondan hazırlanan məmulatlar 42 milyon ABŞ dolları dəyərində 12,9 min ton həcmində ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 milyon dollar və ya 37,4%, həcm baxımından isə 2,5 min ton və ya 24% çoxdur.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan məmulatların ölkənin ümumi ixracında xüsusi çəkisi 1,15%, qeyri-neft sektoru üzrə payı isə 7,24% təşkil edib.

Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 24,028 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,6 milyon dollar və ya 18,9% azalma deməkdir. İdxal olunan məhsulların ümumi idxaldakı xüsusi çəkisi 0,92%-ə bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda alüminium məmulatlarının istehsalı 11,8 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 min ton və ya 30,4% çoxdur.

Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır alüminium məmulatları ehtiyatı 3 729 ton səviyyəsindədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda alüminium ixracı həm həcm, həm də dəyər baxımından artıb — Fins.az — Fins.az