Azərbaycanda ağ neft istehsalının həcmi açıqlanıb

Azərbaycanda ağ neft istehsalının həcmi açıqlanıb

BİZNES
83

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 261,7 min ton ağ neft istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 76,1 min ton və ya 22,5% azdır.

Məlumata görə, 2026-cı il iyulun 1-i vəziyyətinə ölkədə hazır ağ neft ehtiyatı 21,6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,903 milyard manat olub. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ağ neft istehsalının həcmi açıqlanıb — Fins.az — Fins.az