Azərbaycanda 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb

Azərbaycanda 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb

BİZNES
314

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

Fins.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50 744-ü isə təkrar qeydiyyatın payına düşüb.

2 ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində 13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binaları üzərində 512, qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96, çoxmərtəbəli yaşayış binaları üzərində isə 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb — Fins.az — Fins.az