
Azərbaycanda 5 ayda inflyasiya 5,6% təşkil edib
2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-may ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata düşüb, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq 35,658 milyard manata çatıb.