Azərbaycanda 4 ayda 160 mindən çox Asan İmza sertifikatı verilib

Azərbaycanda 4 ayda 160 mindən çox Asan İmza sertifikatı verilib

BİZNES
363

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi ödəyicilərinə 160 mindən çox Asan İmza sertifikatı təqdim edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş ümumilikdə 102.075 müraciət üzrə 160.121 Asan İmza sertifikatı verilib.

Bununla yanaşı, vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 204.260 müraciət qəbul olunub. Həmin müraciətlər əsasında 339.770 sayda xidmət göstərilib.

Yanvar-aprel aylarında vergi ödəyicilərinin 10,6 min yazılı müraciəti cavablandırılıb. Eyni zamanda onlara 10,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib.

Məlumata əsasən, hesabat dövründə 2.007 vergi ödəyicisinin iştirakı ilə 131 görüş keçirilib, 2.279 vergi ödəyicisinə isə ünvanlı xidmət göstərilib.

Preventiv məlumatlandırma tədbirləri çərçivəsində vergi ödəyicilərinin mobil telefon nömrələrinə ümumilikdə 2,9 milyon SMS göndərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 4 ayda 160 mindən çox Asan İmza sertifikatı verilib — Fins.az — Fins.az