
Azərbaycana qarğıdalı idxalı azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 20 min 393 ton qarğıdalı idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının idxal dəyəri 7 milyon 195 min ABŞ dolları təşkil edib.
Bunlar, həcm baxımından 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 min 926 ton (42,3%), dəyər baxımından isə 1 milyon 304 min ABŞ dolları (15,3%) azdır.
Qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,28%-ini təşkil edib.