Azərbaycana idxal edilən bitumlaşmış kömürün dəyəri 2,3 dəfə artıb

Azərbaycana idxal edilən bitumlaşmış kömürün dəyəri 2,3 dəfə artıb

BİZNES
573

Ötən il Azərbaycana idxal edilən bitumlaşmış kömürün miqdarı 17,7 min ton olub.

Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına çəkilən xərcin dəyəri 3,1 milyon ABŞ dolları təşkil edib.

Bitumlaşmış kömür idxalı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 11,3 min ton və ya 2,8 dəfə, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ dolları, yaxud da 2,3 dəfə artıb.

Belə ki, 2023-cü ildə Azərbaycana idxal olunmuş 6,3 min ton bitumlulaşmış kömürün dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycana yalnız Rusiyadan bitumlaşmış kömür idxal edilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana idxal edilən bitumlaşmış kömürün dəyəri 2,3 dəfə artıb — Fins.az — Fins.az