Azərbaycana gətirilən ən dəyərli mal

Azərbaycana gətirilən ən dəyərli mal

BİZNES
737

Bu ilin yanvar ayında Azərbaycanın dəyər ifadəsində idxal etdiyi ən dəyərli mal - qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid soba olub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat ayında Azərbaycan sözügedən sobalardan 46,698 mln. dollarlıq (79,387 mln. manat) 220 ədəd idxal edib.

Qeyd edək ki, bu kateqoriyaya aid sobalar arasında Azərbaycana gətirilən ən dəyərlisi Almaniyadan olub. Ölkə Almaniyadan 46,611 mln. dollarlıq (79,239 mln. manat) qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid bir soba gətirib ki, bu da idxal olunan malların arasında ən bahalı qeydə alınmış məhsuldur

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana gətirilən ən dəyərli mal — Fins.az — Fins.az