Azərbaycana əczaçılıq məhsullarının idxalı 52% artıb

Azərbaycana əczaçılıq məhsullarının idxalı 52% artıb

BİZNES
1,113

Bu ilin yanvar ayı ərzində Azərbaycana 71 mln. 399.7 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar ayı ilə müqayisədə 52.6% və ya 24 mln. 606 min dollar çoxdur. Ötən ilin müvafiq dövründə Azərbaycana 46 mln. 793.94 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin yanvar ayı ərzində əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 5.05%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin yanvar ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4.8%-nə bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana əczaçılıq məhsullarının idxalı 52% artıb — Fins.az — Fins.az