Azərbaycana düyü idxalı 22,5 milyon dolları ötüb

Azərbaycana düyü idxalı 22,5 milyon dolları ötüb

BİZNES
294

Fins.az – 2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal edilən düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2025-ci ilin eyni dövründə ölkəyə 30 min 692,84 ton düyü idxal edilmiş və bunun üçün 29 milyon 43,04 min ABŞ dolları ödənilmişdi.

Beləliklə, 2026-cı ilin ilk yarısında düyü idxalının fiziki həcmi illik müqayisədə 5 min 84,2 ton və ya 16,6%, dəyəri isə 6 milyon 531,7 min ABŞ dolları və ya 22,5% azalıb.

Hesabat dövründə bir ton düyünün orta statistik idxal dəyəri də aşağı düşüb. Belə ki, bu göstərici 946 ABŞ dollarından 879 ABŞ dollarına enib. Nəticədə orta idxal dəyəri 7,1% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana düyü idxalı 22,5 milyon dolları ötüb — Fins.az — Fins.az