
Azərbaycana bitki və heyvan mənşəli yağların idxalı 14,2% artıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 83 min 321,34 ton bitki və heyvan mənşəli piy və yağlar idxal olunub. İdxal edilən məhsulların statistik dəyəri 135 milyon 952,6 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2025-ci ilin ilk yarısında ölkəyə 77 min 66,74 ton bitki və heyvan mənşəli piy və yağlar idxal edilib. Həmin dövrdə bu məhsulların idxalına 119 milyon 50,02 min ABŞ dolları xərclənib.
Beləliklə, 2026-cı ilin ilk yarısında bitki və heyvan mənşəli piy və yağların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə fiziki həcmdə 6 min 254,6 ton və ya 8,1%, statistik dəyər ifadəsində isə 16 milyon 902,58 min ABŞ dolları və ya 14,2% artıb.
Hesabat dövründə bir ton məhsula düşən orta statistik idxal dəyəri də yüksəlib. Belə ki, bu göstərici 1 545 ABŞ dollarından 1 632 ABŞ dollarına çatıb. Nəticədə orta statistik idxal dəyəri 5,6% artıb.