Azərbaycan XRG-nin beynəlxalq qaz biznesinin ilk fəaliyyət mərkəzidir - Tolqa Demir

Azərbaycan XRG-nin beynəlxalq qaz biznesinin ilk fəaliyyət mərkəzidir - Tolqa Demir

BİZNES
59

Fins.az - XRG şirkətinin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində Xəzər hövzəsinin şirkət üçün strateji əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, XRG beynəlxalq qaz sahəsində fəaliyyətini dörd qitəni əhatə edən şaxələndirilmiş portfel üzərində qurur və bu istiqamətdə uzunmüddətli investisiya strategiyası həyata keçirir.

Tolqa Demirin sözlərinə görə, Xəzər hövzəsi şirkət üçün əsas strateji mərkəzlərdən biridir və Azərbaycanın enerji sektorundakı ilk layihə SOCAR və TotalEnergies ilə birgə həyata keçirilən “Abşeron” layihəsidir. O əlavə edib ki, XRG-nin beynəlxalq qaz biznesinin ilkin fəaliyyət mərhələsi məhz Azərbaycanda başlayıb.

Şirkət nümayəndəsi vurğulayıb ki, XRG yeni yaradılmış enerji şirkəti olsa da, onun arxasında qlobal enerji nəhəngi ADNOC dayanır. Onun sözlərinə görə, XRG ADNOC-un beynəlxalq investisiya platformasıdır və şirkətin ümumi dəyəri 150 milyard ABŞ dollarından artıqdır.

Tolqa Demir bildirib ki, XRG qısamüddətli deyil, uzunmüddətli və dayanıqlı kapital yatırımlarına üstünlük verir. Şirkətin əsas fəaliyyət istiqamətləri beynəlxalq qaz layihələri, kimya sənayesi və genişmiqyaslı enerji həlləridir.

O əlavə edib ki, geosiyasi qeyri-müəyyənliklərə baxmayaraq, XRG qlobal miqyasda investisiya fəaliyyətini davam etdirir və yeni layihələr üzərində işləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan XRG-nin beynəlxalq qaz biznesinin ilk fəaliyyət mərkəzidir - Tolqa Demir — Fins.az — Fins.az