Azərbaycan və Türkiyə güzəştli ticarət barədə saziş imzalayacaq

Azərbaycan və Türkiyə güzəştli ticarət barədə saziş imzalayacaq

BİZNES
677

Azərbaycan və Türkiyə Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı güzəştli ticarət haqqında saziş imzalayacaq.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.

Səfər zamanı ümumilikdə ticarət, müdafiə, idman və digər sahələr üzrə 9 sazişin imzalanması gözlənilir.

Güzəştli ticarət sazişində qarşılıqlı gömrük güzəştlərinin və 15 müxtəlif məhsula güzəştlərin nəzərdə tutulduğu qeyd olunur.

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Türkiyə güzəştli ticarət barədə saziş imzalayacaq — Fins.az — Fins.az