Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

BİZNES
648

Finss.az - Aprelin 3-də Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.

Tədbirdə Rumıniyanın Azərbaycandakıövqəladə və səlahiyyətli səfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumun əməkdaşları iştirak ediblər.

Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində elektrik enerjisi və bərpa olunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb — Fins.az — Fins.az