Azərbaycan tütün idxal və ixracını yanvarda kəskin azaldıb

Azərbaycan tütün idxal və ixracını yanvarda kəskin azaldıb

BİZNES
964

Bu ilin yanvar ayında Azərbaycan 781,4 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,5 dəfə azdır.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında ölkə 4 855,5 min dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 2,2 dəfə azdır. Ümumi ticarət həcmləri isə 2,2 dəfə azalıb və 5 636,9 min dollara enib.

Yanvarda sözügedən malların ticarət mübadiləsinin mənfi saldosu 4 074,1 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

©APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan tütün idxal və ixracını yanvarda kəskin azaldıb — Fins.az — Fins.az