Azərbaycan Türkiyəyə 983 milyon kubmetr qaz ixrac edib

Azərbaycan Türkiyəyə 983 milyon kubmetr qaz ixrac edib

BİZNES
256

2026-cı ilin mart ayında Azərbaycan Türkiyənin ikinci ən böyük təbii qaz təchizatçısı olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) məlumat yayıb.

Hesabat dövründə Türkiyə Azərbaycandan 983,17 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici 2025-ci ilin mart ayı ilə müqayisədə 5,77% azalma deməkdir.

Eyni dövrdə Türkiyənin Rusiyadan qaz idxalı 2,551 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,48% artım göstərib. Beləliklə, Rusiya Türkiyənin qaz idxalında birinci yeri tutub. ABŞ-dan idxal isə 976,58 milyon kubmetr olub, bu da ötən ilin müvafiq dövründəki 1,556 milyard kubmetrlə müqayisədə azalma deməkdir.

Ümumilikdə, Türkiyənin 2026-cı ilin fevral ayında təbii qaz idxalı təxminən 6,272 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,57% azalma deməkdir. Hesabatda qeyd olunur ki, boru kəməri ilə qaz idxalı 28,29% artaraq 4,358 milyard kubmetr olub, mayeləşdirilmiş təbii qaz (LNG) idxalı isə 26,41% azalaraq 1,914 milyard kubmetrə enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Türkiyəyə 983 milyon kubmetr qaz ixrac edib — Fins.az — Fins.az