
Azərbaycan təbii qaz ixracından 4,105 milyard dollar gəlir əldə edib
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan təbii qaz ixracının həcmi artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycan xarici ölkələrə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 437 milyon ABŞ dolları və ya 9,6% azalsa da, ixracın həcmi 66 milyon kubmetr və ya 0,5% artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1% çoxdur.
Hesabat dövründə ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Cari ilin ilk yarısında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,442 milyard ABŞ dolları və ya 26,7% artıb. Eyni zamanda, idxalın həcmi 3,181 milyard ABŞ dolları və ya 27,6% azalıb.