Azərbaycan Rusiyaya elektrik enerjisi ixracını artırıb

Azərbaycan Rusiyaya elektrik enerjisi ixracını artırıb

BİZNES
314

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 32,068 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından 1,589 milyon ABŞ dolları gəlir əldə olunub.

Məlumata görə, Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 5,4 milyon kVt/saat və ya 20,4%, dəyər ifadəsi ilə isə 522 min ABŞ dolları və ya 48,9% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan Rusiyadan 722 min ABŞ dolları dəyərində, 18,568 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 43 min ABŞ dolları və ya 6,3% artıb, həcm baxımından isə 327 min kVt/saat və ya 14,2% azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098 milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik enerjisi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,3 milyon ABŞ dolları və ya 4,8 dəfə, həcm baxımından isə 343,6 milyon kVt/saat və ya 4,5 dəfə azalma deməkdir.

Hesabat dövründə həmin ölkələrdən elektrik enerjisi idxalı isə 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon kVt/saat təşkil edib ki, bu da illik müqayisədə dəyər baxımından 45,1%, həcm baxımından isə 8,1% artım göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Rusiyaya elektrik enerjisi ixracını artırıb — Fins.az — Fins.az