Azərbaycan-Rusiya sərhəddində növbələrlə bağlı AÇIQLAMA

Azərbaycan-Rusiya sərhəddində növbələrlə bağlı AÇIQLAMA

BİZNES
1,636

Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb.

Samur Gömrük Postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi.

Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxıla yük maşınlarının sayı artırılmışdı.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan-Rusiya sərhəddində növbələrlə bağlı AÇIQLAMA — Fins.az — Fins.az