Azərbaycan qazının TAP-la Avropaya ixracı 60 milyard kubmetri ötüb

Azərbaycan qazının TAP-la Avropaya ixracı 60 milyard kubmetri ötüb

BİZNES
108

Fins.az – Trans-Adriatik Qaz Kəməri (TAP) vasitəsilə Avropaya nəql olunan təbii qazın ümumi həcmi 60 milyard kubmetrə çatıb.

TAP AG konsorsiumunun yaydığı məlumata görə, bu həcmdən 50 milyard kubmetr təbii qaz İtaliyaya tədarük edilib. Bildirilib ki, bu göstərici Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz təchizatının şaxələndirilməsi istiqamətində mühüm töhfəni əks etdirir.

Məlumata əsasən, Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropaya nəql edən TAP-ın illik ötürücülük gücü hazırda 10 milyard kubmetr təşkil edir.

Konsorsium qeyd edib ki, bazar tələbindən asılı olaraq kəmərin ötürücülük gücü 20 milyard kubmetrə qədər artırıla bilər.

Bundan əvvəl TAP AG bildirmişdi ki, kəmərin genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarının 2027-ci ilin birinci rübündə qəbul olunması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan qazının TAP-la Avropaya ixracı 60 milyard kubmetri ötüb — Fins.az — Fins.az