
Azərbaycan pambıq ixrac və idxalını artırıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 27,6 min ton pambıq ixrac olunub və bu, 41,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pambıq ixracı dəyər ifadəsində 12,6 milyon dollar və ya 44,5%, həcm baxımından isə 9,023 min ton və ya 48,5% artıb. Bu dövrdə pambıq ixracı ölkənin ümumi məhsul ixracında 1,12% paya sahib olub.
Eyni dövrdə Azərbaycana 1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal olunub ki, bu da illik müqayisədə 314 min dollar və ya 19% artım deməkdir. Hesabat dövründə pambıq idxalı ölkənin ümumi idxalında 0,08% pay təşkil edib.