Azərbaycan neftinin qiyməti təxminən 10% ucuzlaşıb

Azərbaycan neftinin qiyməti təxminən 10% ucuzlaşıb

BİZNES
206

Fins.az - Azərbaycan neftinin dünya bazarlarında qiyməti kəskin eniş nümayiş etdirib.

“Azeri Light” markalı neftin bir barelinin dəyəri 11,06 dollar və ya 9,57% azalaraq 104,49 dollar təşkil edib.

Məlumata görə, Brent markalı neftin iyun fyuçersləri 99,26 dollar səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” neftinin bir bareli 10,5 dollar ucuzlaşaraq 101,33 dollara enib.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin qiyməti bu il üçün 65 dollar səviyyəsində nəzərdə tutulub. Tarixən bu neftin ən aşağı qiyməti 2020-ci ildə 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ildə 149,66 dollar olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti təxminən 10% ucuzlaşıb — Fins.az — Fins.az