Azərbaycan neft və neft məhsulları ixracının dəyəri 25,8% artıb

Azərbaycan neft və neft məhsulları ixracının dəyəri 25,8% artıb

BİZNES
241

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 75,4 milyon ABŞ dolları dəyərində 103,6 min ton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütləsinin 70 faizi və daha çoxu neft və ya neft məhsullarından ibarət olan məhsullar ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 13,1 milyon ABŞ dolları və ya 25,8% artıb, fiziki həcm baxımından isə 7,9 min ton və ya 7,1% azalıb. Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 12,06% təşkil edib.

Eyni zamanda, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azlıq deməkdir.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dollar ixrac, 2,599 milyard dollar idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb. Nəticədə xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azlıq deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neft və neft məhsulları ixracının dəyəri 25,8% artıb — Fins.az — Fins.az