
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat həcmində investisiya yönəldilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artım nümayiş etdirib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz sektoruna yatırılan investisiyalarda azalma qeydə alınıb.
Belə ki, son 1 ildə bu sektora investisiya qoyuluşu 12,4 faiz azalaraq 3 milyard 211,9 milyon manat təşkil edib.