Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 35 faizdən çox artıb

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 35 faizdən çox artıb

BİZNES
396

Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz artaraq 2,3 milyon ABŞ dollarını ötüb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, 2024-cü ilin ilk üç ayında Azərbaycandan Moldovaya ixracın həcmi 47,8 faiz artaraq 1,09 milyon dollar təşkil edib. Eyni dövrdə Moldovadan Azərbaycana idxal 26,2 faiz artaraq 1,2 milyon dollara çatıb.

Cari ilin ilk rübündə ölkənin ümumi ticarət dövriyyəsində Moldova ilə ticarətin payı 0,01 faiz olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 35 faizdən çox artıb — Fins.az — Fins.az