Azərbaycan hökuməti biznes və əhaliyə dəstək üçün vəsaitin məbləğini $1,8 milyarda qədər artıracaq

Azərbaycan hökuməti biznes və əhaliyə dəstək üçün vəsaitin məbləğini $1,8 milyarda qədər artıracaq

BİZNES
818

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstək üzrə tədbirlər paketini 3 milyard manat ($1,76 milyard) məbləğində qiymətləndirir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Daha əvvəl bu məbləğin 2,5 milyard manat və ya ÜDM-nin 3%-ni təşkil edəcəyi bildirilmişdi.

“Koronavirusdan zərər çəkmiş sahibkarlıq subyektləri və əhaliyə maliyyə dəstəyinin göstərilməsi üçün tədbirlər planı 3 milyard manat məbləğində qiymətləndirilir. Bu tədbirlər dövlət büdcəsi və digər mənbələrdən maliyyələşdiriləcək”, - deyə S.Babayev RealTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu vəsait sahibkarlıq subyektləri və əhaliyə maliyyə dəstəyinin göstərilməsinə yönəldiləcək.

“Əhaliyə yardımın məbləği təxminən 400 milyon manat ($235 milyon) təşkil edəcək

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan hökuməti biznes və əhaliyə dəstək üçün vəsaitin məbləğini $1,8 milyarda qədər artıracaq — Fins.az — Fins.az