Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını artırıb

Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını artırıb

BİZNES
72

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 56,602 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından 3,278 milyon ABŞ dolları gəlir əldə olunub.

Məlumata görə, Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 348,8 milyon kVt/saat və ya 7,2 dəfə, dəyər baxımından isə 19,8 milyon ABŞ dolları və ya 7 dəfə azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan Gürcüstandan 422 min ABŞ dolları dəyərində, 6,490 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 395 min ABŞ dolları və ya 15,6 dəfə, həcm baxımından isə 557 min kVt/saat və ya 15,4 dəfə artım deməkdir.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098 milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,8 dəfə, həcm baxımından isə 4,5 dəfə azalma deməkdir.

Hesabat dövründə həmin ölkələrdən elektrik enerjisi idxalı isə 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon kVt/saat təşkil edib ki, bu da illik müqayisədə dəyər baxımından 45,1%, həcm baxımından isə 8,1% artım göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını artırıb — Fins.az — Fins.az