
Azərbaycan Gürcüstandan dərman və siqaret idxalını azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 50,9 ton dərman idxal edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86,7 ton və yaxud 2,6 dəfə azdır.
Qonşu ölkənin Azərbaycana ixrac etdiyi dərman preparatlarının ümumi dəyəri 1,73 milyon ABŞ dollarına bərabər olub.
Azərbaycan Gürcüstandan siqaret idxalını 7 dəfə azaldıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 71,2 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac edib.
Azərbaycanın qonşu ölkədən tədarük etdiyi tütün məhsullarının ümumi dəyəri 1 877,4 min ABŞ dollarına bərabər olub.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi siqaret və tütün məmulatlarının həcmi 428,9 qutu və ya 7 dəfə azalıb.
© Report