
Azərbaycan elektrik enerjisi ixracından 14,4 milyon dollar gəlir əldə edib
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlir 14,368 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycan xarici bazarlara 271,2 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Elektrik enerjisinin ixracından əldə olunan gəlir isə 14,368 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı həcm ifadəsində 408,6 milyon kilovat-saat və ya 60,1%, dəyər ifadəsində isə 24,189 milyon ABŞ dolları və ya 62,7% azalıb.
Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,76% təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1% çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Hesabat dövründə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,442 milyard ABŞ dolları və ya 26,7% artıb, idxalın həcmi isə 3,181 milyard ABŞ dolları və ya 27,6% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarətində 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.