Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - Qoşqar Təhməzli

Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - Qoşqar Təhməzli

BİZNES
312

Azərbaycan Çinə fındıq və badam ixrac edəcək.

Fins.az xəbər verir ki, bu barədə Qoşqar Təhməzli Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun açılış mərasimində bildirib.

Qida Təhlükəsizliyi Agentliyi sədri qeyd edib ki, ölkədə ən vacib məsələlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır. Onun sözlərinə görə, Azərbaycanın quş qripindən və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə elan olunması bu sahədə məhsulların bir çox ölkəyə ixracına imkan yaradıb.

O əlavə edib ki, balıq məhsulları və kürülərin ixracı da uğurla həyata keçirilir və hazırda Azərbaycanın qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulları 73 ölkəyə ixrac olunur.

Q.Təhməzli bildirib ki, qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğunlaşma Çinə çıxış imkanlarını genişləndirib və bu çərçivədə fındıq və badamın Çin bazarına ixracı ilə bağlı razılıq əldə olunub. O həmçinin digər ərzaq məhsullarının ixracı istiqamətində işlərin davam etdiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - Qoşqar Təhməzli — Fins.az — Fins.az