Azərbaycan çay idxalını azaldıb, ixracını artırıb

Azərbaycan çay idxalını azaldıb, ixracını artırıb

BİZNES
181

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1 905 ton çay idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə idxalın dəyəri 12 milyon 603 min ABŞ dollar təşkil edib.

Bunlar, həcm baxımından 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1142 ton (37,5 %), dəyər baxımından isə 6 milyon 7 min (32,3 %) azdır.

Çay idxalı Azərbaycanın ümumi idxalının 0,48 %-ini təşkil edib.

Bu dövrdə Azərbaycan 133 ton çay ixrac edib ki, bu həcmdə çay ixracı 1 milyon 162 min ABŞ dollar təşkil edib.

Bu da həcm baxımından 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 ton (8,5 %), dəyər baxımndan isə 57 min ABŞ dollar (5,1%) çoxdur.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan çay idxalını azaldıb, ixracını artırıb — Fins.az — Fins.az