Azərbaycan Bolqarıstana neft ixracını artırıb

Azərbaycan Bolqarıstana neft ixracını artırıb

BİZNES
81

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 182,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 178 min ton xam neft və neft məhsulları ixrac olunub.

Fins.az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 128,5 milyon ABŞ dolları və ya 3,4 dəfə, fiziki həcm baxımından isə 198,7 min ton və ya 3,5 dəfə artım deməkdir.

Məlumata əsasən, ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard ABŞ dolları və ya 35,2% artdığı halda, idxalın həcmi 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Bolqarıstana neft ixracını artırıb — Fins.az — Fins.az