
Azərbaycan və AİİB strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Fins.az - Azərbaycan–AİİB əməkdaşlığının cari vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Şerard Kauper-Koulz ilə görüşüb.
Görüşdə Azərbaycan-AİİB strateji tərəfdaşlığının gücləndirilməsi, mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də ölkəmiz üzrə investisiya proqramının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanın regional tranzit və logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Bu çərçivədə birgə təşəbbüslərin və investisiya layihələrinin iqtisadi əlaqələrin dərinləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

