Azərbaycan Aİ ilə qaz təchizatı və elektrik layihələrini müzakirə edib

Azərbaycan Aİ ilə qaz təchizatı və elektrik layihələrini müzakirə edib

BİZNES
426

Azərbaycan Avropa İttifaqı ilə təbii qaz təchizatı, elektrik enerjisinin istehsalı və ötürmə layihələrini müzakirə edib.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası çərçivəsində Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen ilə görüş keçirilib.

Görüş zamanı təbii qaz təchizatı, elektrik enerjisinin istehsalı və ötürülməsi layihələri, eləcə də Avropa şirkətlərinin bu sahəyə cəlbi istiqamətində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr enerji təhlükəsizliyinin gücləndirilməsi və tərəfdaşlığın genişləndirilməsi kontekstində aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Aİ ilə qaz təchizatı və elektrik layihələrini müzakirə edib — Fins.az — Fins.az