Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi 4,1 milyard dollara çatıb

Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi 4,1 milyard dollara çatıb

BİZNES
205

2026-cı ilin yanvar–mart aylarında Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 milyard ABŞ dolları və ya 22,3% azalma deməkdir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 23,5% azalaraq 3,540 milyard ABŞ dolları, idxalının dəyəri isə 13,6% azalaraq 564,023 milyon ABŞ dolları təşkil edib. Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 65,53%, idxalda isə 14,09% olub.

Eyni zamanda qeyd olunur ki, 2025-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi 19,770 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 177,4 milyon ABŞ dolları və ya 0,9% artım deməkdir.

Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracı 0,8% artaraq 16,9 milyard ABŞ dollarına, idxalı isə 1,6% artaraq 2,826 milyard ABŞ dollarına yüksəlib. Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66%, idxalda payı isə 11,59% olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi 4,1 milyard dollara çatıb — Fins.az — Fins.az