Azərbaycan 2025-ci ildə 36 min ton nar ixrac edib

Azərbaycan 2025-ci ildə 36 min ton nar ixrac edib

BİZNES
433

Finss.az - 2025-ci il ərzində Azərbaycan 36 min tona yaxın nar ixrac edərək ölkəyə 35,3 milyon dollar gəlir gətirib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 18,6 faiz, həcm ifadəsində isə 6 faiz artım deməkdir.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, narın ümumi ixracdakı xüsusi çəkisi 0,14 faiz, qeyri-neft məhsullarının ixracındakı payı isə 0,97 faiz təşkil edib.

Mütəxəssislər bildirirlər ki, Azərbaycan narının ixrac həcminin artması ölkənin kənd təsərrüfatı məhsullarının dünya bazarlarında rəqabət qabiliyyətinin yüksəlməsini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan 2025-ci ildə 36 min ton nar ixrac edib — Fins.az — Fins.az