
“Azerbaijan Business Award” 2025 mükafatının təqdimetmə mərasimi keçirildi
Fins.az - 28 fevral 2026-cı il tarixində Buta Palace-da 2025-ci ilin nəticələrinə həsr olunmuş “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının və aparıcı şirkətlərin nümayəndələri, top-menecerlər, müxtəlif sahələri təmsil edən iş adamları, xarici qonaqlar və KİV nümayəndələri daxil olmaqla ümumilikdə 300 nəfər iştirak edib.
Mükafat laureatları təhsil, sığorta, tikinti, əczaçılıq, quşçuluq və digər sahələri təmsil edir.
“Azerbaijan Business Award” mükafatının partnyoru Faberlic, tədbirin dostları isə Molding Baku, Premier Məişət Texnikası, Miri 1996, Almond Cake & Bakery, Aymar Company, RV BEST, Via Ad Lucem, Agro Azerinvest, Khatt Shoes və Bizon şirkətləri idi.
“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.
Bu axşam qonaqlar və mükafatçılar müğənni Samirə Rəcəblinin canlı ifasından böyük zövq aldılar.
Tədbirin informasiya tərəfdaşları arasında Businesstime.media, Yenisabah.az, Marja.az və Fins.az var.
“Azerbaijan Business Award” 2025 mükafatının laureatları
|
































