“Azəralüminium" ixracdan gəlirini artırıb

“Azəralüminium" ixracdan gəlirini artırıb

BİZNES
401

2026-cı ilin yanvar-mart aylarında “Azəralüminium” MMC tərəfindən ixracdan əldə olunan gəlirlər 42,9 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə təxminən 3,3 milyon ABŞ dolları və ya 8,3% artım deməkdir.

Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında “SOCAR POLYMER” MMC lider mövqedə qərarlaşıb. Siyahıda həmçinin “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “AzərEnerji” ATSC, “Socar Cape” MMC və “Naxçıvan Enerji” MMC yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azəralüminium" ixracdan gəlirini artırıb — Fins.az — Fins.az