Avrozonada inflyasiya 2023-dən bəri ən yüksək səviyyəyə qalxıb

Avrozonada inflyasiya 2023-dən bəri ən yüksək səviyyəyə qalxıb

BİZNES
388

Fins.az - Avrozonada inflyasiya aprel ayında 3 faizə yüksələrək 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Rəsmi statistikaya görə, əvvəlki ay 2,6 faiz olan göstərici əsasən enerji qiymətlərinin bahalaşması fonunda artıb.

İllik müqayisədə ən böyük qiymət artımı enerji məhsullarında qeydə alınıb və bu göstərici 10,9 faizə çatıb. Xidmətlər sektorunda 3 faiz, qida və tütün məhsullarında 2,5 faiz, sənaye məhsullarında isə 0,8 faiz artım olub.

Eyni zamanda, iqtisadi artım zəif qalır: birinci rübdə Avrozonada ÜDM cəmi 0,1 faiz rüblük, 0,8 faiz isə illik artım göstərib.

Avropa Mərkəzi Bankının hədəfi inflyasiyanı 2 faiz səviyyəsində saxlamaqdır, lakin hazırkı göstərici bu hədəfdən xeyli yüksəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozonada inflyasiya 2023-dən bəri ən yüksək səviyyəyə qalxıb — Fins.az — Fins.az