Avropanın daşınmaz əmlak sektoru dərinləşən xərc böhranı ilə üzləşib

Avropanın daşınmaz əmlak sektoru dərinləşən xərc böhranı ilə üzləşib

BİZNES
274

PwC və Urban Land Institute (ULI) ilə birgə hazırlanan və 2024-cü il üçün daşınmaz əmlak sənayesinin nəbzini alan “Avropa Daşınmaz Əmlakında İnkişaf edən Trendlər 2024” araşdırmasının nəticələri açıqlanıb.

Fins.az xəbər verir ki, sektorun gələcək ili ilə bağlı mühüm məlumatları təqdim edən hesabata görə, iştirakçıların 75 faizi 2024-cü il üçün sektor üçün ən əhəmiyyətli narahatlıqlarını faiz dərəcələrindəki hərəkətlər, inflyasiya və iqtisadi artım olaraq sıralayır.

Avropada bazara hakim olan ciddi qeyri-müəyyənliyin investisiya həcmini rekord səviyyəyə endirdiyinə diqqət çəkən araşdırmaya görə, daşınmaz əmlak investisiyası və inkişaf potensialı baxımından Avropanın ilk üç şəhəri London, Paris və Madriddir.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropanın daşınmaz əmlak sektoru dərinləşən xərc böhranı ilə üzləşib — Fins.az — Fins.az