Avropada qaz qiymətləri aylıq 8% azalıb

Avropada qaz qiymətləri aylıq 8% azalıb

BİZNES
293

2025-ci ilin dekabr ayında Avropada TTF (Title Transfer Facility) indeksi üzrə təbii qazın orta nəğd bazar qiyməti 1 mln. BTU üçün 9,48 ABŞ dolları səviyyəsində formalaşıb.

Finss.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatında qeyd olunub.

Hesabata əsasən, 2025-ci ilin dekabr ayında Avropada təbii qazın qiyməti aylıq müqayisədə 8%, illik müqayisədə isə 31% azalıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqli həyata keçirilir.

Qeyd edək ki, indiyədək TAP kəməri ilə Avropaya 54 milyard kubmetrdən artıq qaz nəql olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada qaz qiymətləri aylıq 8% azalıb — Fins.az — Fins.az