
Avropa fond bazarları günü enişlə başa vurub
Fins.az - Avropanın aparıcı fond bazarlarında cümə axşamı keçirilən ticarət sessiyası enişlə yekunlaşıb. Böyük Britaniya, Almaniya və Fransa indeksləri 1%-dən çox dəyər itirib.
Regionun ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 1,1% azalaraq 616,42 bəndə düşüb.
Böyük Britaniyanın FTSE 100 indeksi 1,55%, Almaniyanın DAX indeksi 1,02%, Fransanın CAC 40 indeksi isə 1,17% geriləyib. İtaliyanın FTSE MIB indeksi 0,82%, İspaniyanın IBEX 35 indeksi isə 0,24% azalıb.
Analitiklər bildirirlər ki, neft qiymətlərinin aşağı düşməsi enerji şirkətlərinin səhmlərinə mənfi təsir göstərib. Bundan əlavə, bəzi şirkətlərin zəif rüblük hesabatları da bazarlara təzyiq yaradıb.