Avropa bankı Aztelekom-a investisiya yatırmağı planlaşdırır

Avropa bankı Aztelekom-a investisiya yatırmağı planlaşdırır

BİZNES
533

Avropa Yenidənqurma və İnkişaf Bankının Aztelekom şirkəti ilə bağlı təklifi var.

Fins.az xəbər verir ki, bunu bankın prezidenti Suma Çakrabarti bildirib.

"Aztelekom şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15–25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq,- bankın prezidenti deyib.

Xəbər verdiyimiz kimi, Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa bankı Aztelekom-a investisiya yatırmağı planlaşdırır — Fins.az — Fins.az